"Sabah"ın Bolqarıstanda 6-cı günü

Bolqarıstanın Bansko şəhərində növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” növbəti məşqinə çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda əvvəlcə məşqçilərin verdiyi tapşırıq əsasında müxtəlif təmrinləri yerinə yetirib, daha sonra isə ikitərəfli oyunda qüvvəsini sınayıb.

Qeyd edəki ki, iyulun 17-dən Banskoda hazırlıq keçən “Sabah” toplanış çərçivəsində İsrailin “Hapoel” (Hadera) komandası ilə qarşılaşıb (0:1). İyulun 31-nə kimi davam edəcək toplanışda daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right