"Kəpəz" heyətinə yeni futbolçu qatıb.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi 33 yaşlı hücumçu Rauf Əliyevi sıralarına cəlb edib. Onunla 1 illik müqavilə imzalanıb.
Daha əvvəl “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi komandalarda oynamış Əliyevin son klubu “Səbail” olub.
Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynayacaq "Kəpəz" daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Əfran İsmayılovu və Giorgi Kantariyanı heyətinə qatıb.