Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" daha bir legionerin keçidini həll etmək istəyir.
Newsport.az saytına verilən məlumata görə, Aleksey Baqa "Başakşehir"ə məxsus olan Alya Tureni bəyənib. Həm Azərbaycanda. həm də Türkiyədəki oyun və məşqlərdə özünü yaxşı tərəfdən göstərən Ture məşqçilər korpusunun etimadını qazana bilib. Son anda problem çıxmasa, "Sumqayıt" Tureni icarəyə götürə bilər.
20 yaşlı yarımmüdafiəçi sol və sağ vinger kimi çıxış edə bilir. Qvineyanın "Sekens" klubunun yetirməsi olan Alya 2020-ci ildə "Başakşehir"lə 4 illik müqavilə imzalayıb və hazırda da onun 2024-cü ilə qədər adıçəkilən klubla müqaviləsi qüvvədədi. O, icarə əsasında “Akhisarspor”, “Yammerbuht”(Danimarka) klublarında çıxış edib.