"Bakı"nın bombardirinin yeni klubu rəsmən bəlli oldu

Azərbaycan Premyer Liqasının son mövsümünün bombardiri Nurlan Novruzovun yeni iş yeri məlum olub.

Newsport.az-ın məlumatına görə, "Bakı"nın hücumçusu Türkiyə 1-ci Liqa təmsilçisi "Elazığspor"la anlaşıb.

Paytaxt klubunun hücumçusu Elazığ təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. 

Saytımıza açıqlamasında futbolçu özü də xəbəri təsdiqləyib.

Qeyd edək ki, Nurlan Novruzov artıq "Elazığspor"un düşərgəsindədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right