"Səbail" "Dinamo"ya uduzdu

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Səbail" bu ölkədə ilk yoxlama görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dinamo" ilə qarşılaşıb.

Matç Tbilisi klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.

"Səbail" Bakıdakı toplanış çərçivəsində "Kəpəz"i 3:1 məğlub edib, "Sabah"a 1:3 uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right