Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Fehervar"la oyununda (1:4) zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun durumu bəlli olub.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı cinah müdafiəçisinin vəziyyəti yaxşıdır. Təcrübəli futbolçu kollektivlə birlikdə Azərbaycana qayıdır.
Qeyd edək ki, Macarıstan klubu ilə matçın ilk hissəsində İlkin Qırtımov rəqiblə toqquşma zamanı ağır zədələnmiş və dili qatlanmışdı. O. dərhal təcili yardım maşını ilə xəstəxanaya aparılmışdı.