Yeni mövsümdən Premyer Liqada mübariz aparacaq "Turan Tovuz" ötən mövsüm birinci divizionda komandada çıxış etmiş futbolçular arasında da seçim edib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi 7 futbolçu ilə müqavilə müddətini uzadıb.
Belə ki, Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalov daha 1 mövsüm komandanın şərəfini qoruyacaqlar.