Qurban Qurbanovla "Zirə"nin fəxri prezidenti Qarabağ qazilərinin oyununda FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, eləcə də "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovla birlikdə matç izləyib.

Newsport.az-ın məlumatına görə, matç Qarabağ müharibəsində yaralanmış və ƏƏSMN tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilər arasında keçirilib.

Yarışı izləyənlər arasında Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Millət vəkilləri və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

​“Canavarlar” və “Aslanlar” komandalarının qarşılaşmasında birincilərin 7:3 hesablı qələbəsi qeydə alınıb. (Hərşeyşünas feysbuk səhifəsi)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right