Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirən "Sumqayıt" ilk yoxlama matçında qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv yerli "Bandırmaspor" klubu ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.