"Səbail" yeni mövsümün hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanın paytaxtı Tbilisidə həyata keçirəcək. Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv artıq qonşu ölkədədir.
"Səbail" Gürcüstandakı 10 günlük təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək.