"Selta"nın sabiq forvardı "Sabah"da

"Sabah" daha bir futbolçu ilə anlaşıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi Emmanuel Apehlə müqavilə imzalayıb. 25 yaşlı forvard növbəti iki ili "Sabah"da keçirəcək. 

Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka”, “Selta-2”, “Selta”, “Tenerife”, “Alkorkon” klublarında çıxış edib.

Forvard "Sabah"da 90 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right