"Qarabağ"ın yeni transferi Portuqaliya klubundan yazdı: "Həmişə ürəyimdə qalacaqsınız" FOTO

"Qarabağ"ın yeni transferi Julio Romao instaqram səhifəsində paylaşım edib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu şəxsi hesabında son klubu ilə vidalaşıb:

"Yeni hədəflər axtarmağın, yeni məqsədlərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Komandanı başı dik və razı şəkildə ayrılıram. "Santa-Klara"ya, bütün oyunçulara, məşqçi heyətinə, rəhbərliyə, klubun əməkdaşlarına və klubun azarkeşlərinə çox təşəkkür edirəm. Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız. Hər şey üçün təşəkkürlər".

Xatırladaq ki, Romao "Qarabağ"ın bu yay ikinci transferi olub. O, "Santa-Klara"dan ayrılaraq Ağdam klubu ilə 4 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right