"Qarabağ" Romao üçün nə qədər xərcləyib?

"Qarabağ"ın Julio Romao üçün xərclədiyi məbləğ məlum olub.

Newsport.az "record.pt"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı futbolçu üçün "Santa-Klara"ya təzminat ödəyib.

Portuqaliya mətbuatına inansaq, 24 yaşlı braziliyalının keçidi "Qarabağ"a 200-300 min avro başa gəlib.

“Qarabağ”da 6 nömrəli formanı geyinəcək Romao özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Romao 2020-ci ilin yayından “Santa-Klara”da oynayırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right