"Qarabağ" braziliyalı yeni transferlə neçə illik müqavilə bağlayır?

Xəbər verdiyimiz kimi, «Qarabağ» bu gün ikinci transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görəAğdam klubu Julio Romao ilə münasibətlərini rəsmiləşdirib.

24 yaşlı braziliyalı legioner bir neçə saat əvvəl Portuqaliyadan Azərbaycana gəlib.

Tibbi baxışdan keçəndən sonra dayaq yarımmüdafiəçisi ilə rəsmi müqavilə imzalanacaq. Anlaşmanın müddəti də bəllidir. «Köhlən atlar» cənubi amerikalı ilə 3+1 illik kontrakt bağlayacaq.

O, «Partizan»a yollanan Patrik Andradenin boşluğunu doldurmalıdır.

2014-2015-cı illərdə «Qolas»ın formasını geyinmiş «sambaçı» növbəti 3 mövsümü «Atletiko Parananese»də keçirib. 2019-2020-ci il sezonun «Ponte Preta»da başa vurub.

2020-ci ilin yayında Portuqaliyaya gələn Julio «Santa Klara» ilə anlaşıb. «Qarabağ» onu elə bu klubndan düşərgəsinə dəvət edib.

«Köhlən atlar»ın bu yay etdiyi ilk transfer Marko Yankoviçdir. Monteneqro yığmasının yarımmüdafiəçi ”Hapoel”dən (Təl-Əviv) bura gəlib.

sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right