Portuqaliya klubunun yarımmüdafiəçisi "Qarabağ"da SON DƏQİQƏ

«Qarabağ» bu gün ikinci transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görəAğdam klubu Julio Romao ilə münasibətlərini rəsmiləşdirib.

24 yaşlı braziliyalı legioner dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.

O, «Partizan»a yollanan Patrik Andradenin yerinə gətirilib. Kabo-verdeli legionerin boşluğunu doldurmalı olan cənubi amerikalı artıq Azərbaycandadır.

2014-2015-cı illərdə «Qolas»ın formasını geyinmiş «sambaçı» növbəti 3 mövsümü «Atletiko Parananese»də keçirib. 2019-2020-ci il sezonun «Ponte Preta»da başa vurub.

2020-ci ilin yayında Portuqaliyaya gələn Julio «Santa Klara» ilə anlaşıb. «Qarabağ» onu elə bu klubndan düşərgəsinə dəvət edib.

«Köhlən atlar»ın bu yay etdiyi ilk transfer Marko Yankoviçdir. Monteneqro yığmasının yarımmüdafiəçi ”Hapoel”dən (Təl-Əviv) bura gəlib.

sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right