"Zirə" son oyunda uduzdu

“Zirə” Türkiyə toplanışını başa vurub.

Newsport.az-ın məlumatına görə, Ərzurumdakı sonuncu yoxlama oyununda paytaxt klubu Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb.

Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihairo Muelnes çıxıblar. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməyib.

Matç “Zirə”nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Zirə” Ərzurumda keçirdiyi əvvəlki yoxlama oyunlarında “Şukura” ilə qolsuz heç-heçə edib, “Kolxeti”yə isə uduzub (0:1). (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right