2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” hazırlıq prosesini davam etdirir.
Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü bir məşqlə yekunlaşdırıb.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq ikitərəfli oyunla başa çatıb.