"Sumqayıt" "Kəpəz"ə qalib gəldi

Bu gün "Sumqayıt" və "Kəpəz" yoldaşlıq görüşündə üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, "Kapital Bank Arena"da keçirilən matç "Sumqayıt"ın 3:2 hesablı qələbəsilə başa çatıb.

Ev sahiblərinin qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub. "Kəpəz"dən isə Kantariya və Juninyo fərqlənib. 

"Sumqayıt" ilk yoxlama matçında "Sabah"a 2:1 qalib gəlmişdisə, "Kəpəz" də "Səbail"ə 1:3 uduzmuşdu. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right