17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Firəngiz Teymurovanın dubl etdiyi matçda digər qolu Rövşanə Sərdarlı vurub.
Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq. (AFFA-nın saytı)