Azərbaycanlı qolkiper Yunanıstana nə vaxt yollanacaq?

Son mövsümü Polşanın “Sokol” klubunda keçirmiş Şahin Zəkiyevin karyerasına Yunanıstanda davam etdirəcəyi bağlı xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı qapıçı bu həftə Yunanıstana yollanmalıydı. Amma viza məsələlərinə görə, qapıçının adıçəkilən ölkəyə yollanması gecikəcək. Saytımıza açıqlama verən qapıçı “Asteras Petritis”lə bu ay müqavilə imzalayacaq:

​“Hələ Yunanıstana getməmişəm. Çünki viza məsələsinə görə qalmışam. Ola bilər ki, qayıdım Bakıya, vizanı alım Yunanıstana yollanım. Hər şey qaydasında olsa, iyulun 25-də Yunanıstana yollanıb, komandanın məşqlərinə qoşulacam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right