"Turan Tovuz" daha bir gürcü transfer etdi

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Piruzi Marakvelidzeni transfer edib.

27 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir, vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib.

O, son mövsümdə “Telavi"nin heyətində 12 oyun keçirib 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianın da transferini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right