"Sabah" "Fənərbaxça"nın sabiq futbolçusunu transfer etdi

"Sabah" daha bir futbolçunun transferini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdulaye Ba bundan sonra Masazır klubunun formasını geyinəcək. Mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanılıb.

Təcrübəli futbolçu “Portu”, “Moreyrense”, “Aroka", "Rayo Valyekano”, “Deportivo”, “Fənərbaxça”, “Alanyaspor”, "Münhen 1860”, “Dinamo” (Buxarest) klublarında oynayıb.

Abdulaye Ba “Sabah”da 13 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right