"Qəbələ" Rumıniya klubuna qalib gəldi Yenilənib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Qəbələ" bu gü növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Rumıniyanın 2-ci liqa təmsilçisi “Çiksereda” ilə üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Elmar Baxşıyevin komandasında Rövlan Muradov (3-cü dəqiqə) və Asif Məmmədov (52) vurub

Qeyd edək ki, "Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub.

Əlavə edək ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right