“Səbail”in baş məşqçisi Mahmud Qurbanov “CBC Sport”a açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Bayıl təmsilçisinin çalışdırıcısı “Kəpəz”lə keçirilən yoxlama görüşündən (3:1) sonra fikirlərini bildirib:
"Oyun maraqlı keçdi. Bizim ilk yoxlama görüşümüz idi. Bu matçda iki heyətlə oynadıq. Əslində, oyundan razı qaldıq. Doğrudu, razı qalmadığımız məqamlar da var.
Amma nəzərə alaq ki, yeni başlamışıq. Ümumilikdə, maraqlı oyun keçdiyini söyləmək olar. Hazırlığımıza davam edirik".