"Neftçi"nin baş məşqçisi: "Göstərilən oyundan çox razı qaldım"

"Neftçi" Türkiyə toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda "Sivasspor"a 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Reqekampf klubun televiziyasına açıqlama verib. Rumıniyalı mütəxəssis "Sivasspor"la keçirdikləri matçı dəyərləndirib:

“Nəticə məni qane etmədi. Çoxlu qol imkanlarını sağa-sola xərclədik. Göstərilən oyundan çox razı qaldım. Son həftə ağır məşqlər keçdik.

Hər oyunda həm A, həm B sistemi olur. Hər ikisinə hazır olmalıyıq. Yoxlama matçlarında çox stress, təzyiq olmadığı üçün nələrin alınıb, nələrin alınmadığını görə bilirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right