"Sabah" ispaniyalı müdafiəçi transfer etdi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Con İrasaballa 1+2 illik müqavilə imzalanıb.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con “Sabah”da 19 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right