UEFA Bakı Olimpiya Stadionunu yoxladı FOTOLAR

UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA rəsmilərinin səfərində məqsəd "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right