İsrail mətbuatı: "Neftçi" "Aşdod"un futbolçusu ilə müqavilə imzalayacaq

"Neftçi" növbəti transferə hazırlaşır. 

Newsport.az “ONE” portalına istinadən xəbər verir ki, “ağ-qaralar”ın növbəti transferi də İsraildən olacaq. 

Bu ölkənin mətbuatının iddiasına görə, paytaxt təmsilçisi “Aşdod”da forma geyinən Firas Abu-Akel “Neftçi”nin yolunu tutacaq.

25 yaşlı futbolçu “Aşdod”un bugünkü məşqini buraxıb. İsrailli həmkarlarımız Firasın məşqdə iştirak etməməsinin səbəbini onun “Neftçi”nin düşərgəsinə yollanması ilə əlaqələndirib. 
“Neftçi” bu yay israilli futbolçular Ataa Caber və Kenni Sayefi transfer edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right