“Minimal hesablı məğlubiyyət də bizə sərf edə bilər” – Qurban Qurbanov

"Bu gün deyə bilmərik ki, bizi hansı nəticə qane edəcək. Amma çalışacağıq ki, maksimum düzgün oyun quraq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə oyun öncəsi "ANS" telekanalına deyib.

Şotlandiyaya səfər öncəsi sualları cavablandıran Q.Qurbanov bildirib ki, minimal hesabla məğlubiyyətin də onlara sərf etməsi mümkündür: "Ancaq cavab oyunundan sonra bu  dəqiqləşəcək. Oyunun gedişatında da rəqibin gücünü bilirik. Meydanda rəqibin gücünü tam biləcəyik.Amma bu gün deyə bilmərik ki, bizi hansı nəticə qane edəcək".

Xatırladaq ki,  iyulun 29-da keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right