"Lex" "Qarabağ"la oyundan öncə Kiyev "Dinamo"sundan futbolçu alıb

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

Newsport.az xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right