Rumıniyalı baş məşqçi: "Qarabağ"la oyundan yaxşı siqnallar aldım"

"Qarabağ"la oyun bizim üçün faydalı sınaq oldu".

Newsport.az-in məlumatına görə, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Laslo Balint Avstriyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

43 yaşlı rumıniyalı mütəxəssis hazırlığın fərqli mərhələsində olan və Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan səviyyəli komanda ilə oynadıqlarını bildirib: "Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu matçdan yaxşı siqnallar aldım".

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi "Botoşani"ni 4:0 hesabı ilə darmadağln edib, Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb - 2:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right