"Kəpəz" heyətinə daha bir futbolçu qatıb.
Newsport.az-ın məlumatına görə, sözügedən klub braziliyalı hücumçu Dario Federiko da Silva ilə güclənib.
Onun son klubu Portuqaliyanın "Trofense" komandası olub. Futbolçu özü də tezliklə Gəncə klubuna keçəcəyini təsdiqləyib. "Kəpəz" yaxın günlərdə onunla bir illik müqavilə imzalayacaq.