"Sumqayıt"da ayrılıq

"Sumqayıt" idman direktoru Zamiq Hüseynovla yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib

"Sumqayıt" Hüseynova kluba göstərdiyi xidmətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru vəzifəsində çalışırdı. Bu müddətdə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right