"Qarabağ" Almaniya və Rumıniya klubları ilə heç heçə etdi Yenilənib

Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün iki yoxlama matçı keçirib.

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası günün ikinci oyununda Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Ağdam klubu günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gəlib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Matç 2:2 hesabı ilə yekunlaşıb.  

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.

29 iyun

Yoxlama oyunları

20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya) - 1:1 

Qollar: Filip Ozobiç, 16 - Andrey İvan, 36

"Qarabağ"ın start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya) - 2:2 

Qollar: Ramil Şeydayev, 29 (1:0), 44-pen.(2:), **, 56-cı dəq. (2:1), ***, 76-pen.

"Qarabağ"ın start heyəti: Luka Quqeşvili, Rahil Məmmədov, Marko Yankoviç, Ovusu Kvabena, Leandro Andrade, İsmayıl İbrahimli, Toral Bayramov, Musa Qurbanlı, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah