Mahir Emreli: "Özümdən daha çox şey gözləyirəm"

"Yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm".

Newsport.az məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Sloveniya "Nafta"sına 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışarkən deyib.

25 yaşlı hücumçu bildirib ki, səhər məşqindən sonra matça çıxmaq asan deyildi: "Hazırlıq dövründə bunlar normal şeylərdir. İnanıram ki, ilk rəsmi matçadək formada olacağıq".

Ötən il koronavirusa yoluxduğunu söyləyən Azərbaycan millisinin forvardı həmin vaxt tam hazırlaşa bilmədiyini vurğulayıb: "Mənə ağır idi. Amma indi özümü yaxşı hiss edirəm. Çünki ilk gündən komandanın məşqlərində iştirak edirəm. Bu atmosferi hiss etmək önəmlidir".

Görüşdə sonuncu qolun müəllifi olan futbolçu çıxışından razı qalmadığını əlavə edib.

Qeyd edək ki, Mahir Emreli "Nafta"ya qarşı görüşdə sonuncu qolun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right