"Məni buraya gətirənlərə "çox sağol" deyirəm"-Emin Quliyev MÜSAHİBƏ

“Rəvan”ın yeni baş məşqçisi Emin Quliyev suallarımızı cavablandırıb:

 

- Uzun müddət idi ki, işsiz idiniz və nəhayət ki, “Rəvan”a baş məşqçi kimi təyinat aldınız. Fikirlərnizi bilmək maraqlı olardı...
- Hər şey birdən-birə baş verdi. Məni buraya gətirənlərə "çox sağol" deyirəm. Onların inamını boşa çıxarmamağa çalışacam. Döyüşkən bir kollektiv yaratmağa çalışacam. Düzdü, hazırlıqlara bir az gec başladıq. Komandada demək olar ki, əsasən gənc futbolçular qalmışdı. İndi yeni komanda formalaşdırmağa çalışırıq, seleksiya işləri aparırıq. 

 

- Necə düşünürsünüz, baş məşqçi təyin olunmağınız sizin üçün surpriz olmadı? Nəzərə alaq ki, indiyə qədər baş məşqçi işləməmisiniz. Bu sizi çəkindirmir?
- Mən indiyədək məşqçilər korpusuda yer almışam. Con Toşak, Mustafa Dənizli kimi mütəxəssislərlə işləmişəm. 

 

- Komandanı artıq formalaşdırmısınızmı?
- Son yoxlama oyunlarını keçirdik. Heyəti komplekləşdirmək istəyirik ki, bilək, təlim-məşq toplanışına neçə nəfərlə gedəcəyik. 

 

- Növbəti mövsümdə necə “Rəvan” görəcəyik?
- Əvvəldən bir şey demək istəmirəm. Çalışacağıq ki, yaxşı komanda formalaşdıraq. 

 

- Azərbaycan çempionatında iştirak edəcək klubların bir çoxunda maliyyə problemləri var. Bu səbəbdən də bəzi klublar heyətlərini istənilən səviyyədə gücləndirə bilmədilər. Bunun fonunda “Rəvan” ön plana çıxa biləcəkmi?
- Çalışacağıq ki, ön plana çıxaq. Həm də elə bir vaxtda toplanmışıq ki, normal futbolçuların hamsı müqavilə ilə başqa komandalar məxsusdu. Qalanlar hamısı lazım olmayan futbolçulardı. İndi bizimlə də müqaviləsi olan yaxşı futbolçular var. Çalışıb, seçim edəcəyik və döyüşkən kollektiv yaradacağıq (futbolinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right