"Neftçi" rəhbərliyinindən bəyanat

"Neftçi"nin Müşahidə Şurasının üzvlərindən Mübariz Zeynalov bir müddətdi ki, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədi.

Newsport.az-ın məlumatına görə, klub bu gün rəsmi saytında mətbuat nümayəndələrinə ünvanladığı müraciətdə Zeynalovun vəziyyətinə həssas münasibət göstərməyə çağırıb. Klubun müraciətini olduğu kimi təqdim edirik: "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Mübariz Zeynalov bir müddətdi ki, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır stabil olaraq dəyərləndirirlər. "Neftçi" PFK media nümayəndələrini Mübariz Zeynalovun xəstəxanaya yerləşmə səbəbləri ilə bağlı yayılan informasiyalara həssas və daha məsuliyyətli yanaşmağa çağırır. Xəbərləri Mübariz Zeynalovun yaxınlarının oxuduğunu da nəzərə alsaq, jurnalist etikasına riayət edilməsini xahiş edirik. Bu, təkcə klub və komandanın deyil, həm də xəbəri yayan mənbənin nüfuzuna zərbədir. "Neftçi" PFK olaraq, Mübariz Zeynalova Allahdan şəfa diləyir, ona tezliklə sağalmağı arzulayırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right