Millinin məşqçiləri klublarımızın oyunlarını izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər.

Newsport.az-ın məlumatına görə, Qordan Tsipriç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” görüşünə, Yanko Yankoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Atletik” (İspaniya) – “İnter” matçına, Elxan Abdullayev isə “Apollon” (Kipr) – “Qəbələ” qarşılaşmasına baxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right