Azərbaycan millisi Mingəçevirə yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb.

Newsport.az-ın məlumatına görə, komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.

Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Milli AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah