"Xəzər Lənkəran"ın Türkiyə toplanışı başa çatdı

Yeni mövsümə hazırlaşan "Xəzər Lənkəran"ın Türkiyə toplanışı başa çatıb. 

Newsport.az-ın məlumata görə, cənub klubu bu gün vətənə qayıdacaq.

Yunis Hüseynov futbolçulara bir neçə günlük istirahət verəcək. Ayın 29-dan etibarən isə komanda yenidən məşqlərə start verəcək.

Qeyd edək ki, "ağ-yaşıllar" qardaş ölkədəki hazırlıq prosesi zamanı dörd yoxlama oyunu keçirib. Super Liqa təmsilçiləri "Kasımpaşa"ya 0:2 hesabıyla uduzan "Xəzər Lənkəran" digər elita təmsilçisi "Kayserispor"la bərabərə qalmışdı - 1:1. Qardaş ölkənin üçüncü liqa təmsilçiləri "Niğdəspor" (1:0) və "Dərincəspor"la qarşılaşmalar (2:1) isə cənubluların qələbəsi ilə bitib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right