Georgi Nikolov: "Xoşbəxtlikdən hər şeyə əlavə vaxtda aydınlıq gəldi"

"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:2 hesabıyla bitən oyundan (ilk oyun 2:1) sonra bunları söyləyib:

 "Penalti olacağını düşünəndə az qala infarkt keçirəcəkdim. Penalti seriyası olsaydı, stadionu tərk edib, nəticəni sonra öyrənəcəkdim. Amma xoşbəxtlikdən hər şeyə əlavə vaxtda aydınlıq gəldi.

 Növbəti mərhələyə vəsiqə qazanmağımızdan razı qaldım. Qələbə qazanmaq istəyirdik. Çünki ölkənin reytinq xalını artırmaq lazım idi. Lakin alınmadı. İstənilən halda komanda xarakter göstədi. Azərbaycanın avrokuboklarda qalan hər üç klubunu növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm. Onlara növbəti mərhələdə də uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right