"Lex"in məşqçisi: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdı"

“Lex”in məşqçisi Maçey Kendziorek Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qarabağ” barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Poznan klubunun rəsmi saytına danışan polşalı məşqçi bunları deyib:

"İstənilən rəqibə qalib gəlməyə qadirik. Oyuna da məhz bu cür həvəslə çıxacağıq. Məqsədimiz növbəti mərhələyə çıxmaqdı. Qarşımızda hansı rəqibin olmasının önəmi yoxdu. "Qarabağ"ın heyətində elə oyunçular var ki, Polşa çempionatında çıxış ediblər. Məsələn, Marko Veşoviç “Legiya”dan “Qarabağ”a keçib, Luka Quqeşaşvili isə “Yagelloniya”nın sabiq qapıçısıdı. Bizim də avrokuboklarda təcrübəmiz var. Ona görə də bu baxımdan rəqibdən geri qalacağımızı düşünmürəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right