Prosineçkinin səhhətində problem yarandı, Rövnəq Abdullayevə yoldaş olmadı

AFFA rəhbərliyi püşkatmada iştirak edəcək. 

Newsport.az-ın məlumatına görə, bu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil ediləcək.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcək. Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Millinin baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar püşkatma mərasimində iştirak etməyəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right