"Qarabağ"ın yeni transferi: "Əsas heyət uğrunda mübarizədən çəkinmirəm"

"Qarabağ"a qayıdan Əfran İsmayılov klubun rəsmi saytına açıqlama verib. 
 
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Ağdam klubuna qayıdışı barədə belə danışıb:

"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdi. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. "Qarabağ" iddialı, hədəfləri olan komandadı. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm.

Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm.  Əsas məqsədim komandaya faydalı olmaqdı. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.  İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right