“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk maraqlı açıqlaması ilə yadda qalıb.
Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis deyib ki, Avropa Liqasının III təsnifat mərhələsində "Apallon" səddini keçsələr maraqlı bir addım atacaq:
"Öncə, azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların belə çılğın dəstəyi önündə biz qalib gəlməyə bilməzdik. Növbəti rəqibimiz olan “Appolon”la ikinci oynumuz yenə də burada olacaq. Kiprliləri keçsək, söz verirəm ki, mətbuat konfransına bakılısayağı “aerodrom” kepkanı başıma taxıb gələcəm”. (atv.az)