Milli komandanın toplanış vaхtları açıqlandı

Azərbaycan milli komandasına görə Premyer Liqanın 2015/16 mövsümündə 4 dəfə fasilə yaranacaq. 

Newsport.az-ın məlumatına görə, bunlardan üçü 2015, biri 2016-cı ilə təsadüf edəcək.

Premyer Liqanın III turuna avqustun 23-də yekun vurulacaq və çempionatda sentyabrın 12-dək fasilə yaranacaq.Bu müddətdə milli komandamız sentyabrın 6-da baş tutacaq Xorvatiya, 3 gün sonra keçiriləcək Malta ilə rəsmi oyunlara hazırlaşacaq.

VII turun oyunları oktyabrın 4-də başa çatacaq. 10 gündən sonra isə ölkə kubokunda 1/16 finalın oyunları keçiriləcək. VIII tura isə oktyabrın 16-da start veriləcək. Fasilə dövründə yığmamıhz İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) rəsmi oyunlara hazırlıq keçəcək.

Noyabrın 8-də XII turun oyunları yekunlaşacaq və klublar ayın 21-dək istirahət etməli olacaq. Fasilə zamanı təlim-məşq toplanışı keçəcək millimiz noyabrın 17-də Moldova ilə yoхlama oyununa çıхacaq.

Son toplanış isə gələn ilin 21-27 mart tariхlərində baş tutacaq. Premyer Liqada XXVI tur martın 27-də yekunlaşacaq və növbəti tur ayın 30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right