"Sabah"dan millimizin üzvü ilə yeni müqavilə

“Sabah” futbolçusu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

Qeyd edək ki, "Sabah" buna qədər  Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da müqaviləni yeniləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right