Qazaxıstanlı məşqçi: "İnanıram ki, futbolçularımız Azərbaycana qarşı yaxşı oyun göstərəcəklər"

Qazaxıstanlı futbol veteranı Yusup Şadiyev ölkəsinin milli komandasının hazırki durumundan danışıb. 

Newsport.az xəbər verir ki, “sports.kz” portalına danışan Şadiyev qazaxların Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəyi oyundan gözləntiləri haqda da fikirlərini söyləyib: 

“Futbolçular uzun müddətdir ki, istirahət edir. Qazaxıstan çempionatında fasilə nə vaxt başlayıb? Mayın 23-də? Burada qrafik Dünya Kubokunun final mərhələlərində kimi olacaq, oyunlar arasında təxminən eyni fasilələr var. Hər şey qaydasındadı. Qrupumuzdakı komandalar - Qazaxıstan, Azərbaycan, Belarus təxminən eyni səviyyədədi... Slovakiya isə onlardan bir az fərqlənir, Almaniya futbolu ilə bağlı olan Çexoslovakiya futbolunu xatırladır. Qalanları - sovet dövründə olduğu kimi "Kayrat", "Dinamo" (Minsk), Bakı... Oyun cədvəlində heç bir problem görmürəm. Burada uçuşlar bir az çətinlik törədə bilər, amma ümid edirəm ki, bunun öhdəsindən gələcəklər.

Azərbaycanla oyunda gözləntilərim? Fikrimcə, millimizin futbolçuları futbol üçün darıxıb. Çoxdandır ki, oynamırlar. İnanıram ki, yaxşı oyun göstərəcəklər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right