"Rəvan"da seleksiya məşqlərinə başladı

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” hazırlıqlara start verib.

Newsport.az-ın məlumatına görə, “sarı-qırmızılar” dünən axşam saatlarında “Bayıl Arena”da toplanıblar.

Məşqdə Emin Quliyevin rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları ikitərəfli oyunda sınayıblar.

Baxışa gələn futbolçular bu günkü r məşqdə də gənc mütəxəssisin etimadını qazanmağa çalışacaqlar. Seleksiya xarakterli toplanış komanda komplektləşənə qədər davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right