"Araz Naxçıvan"ı yaxşı yerə gətirmək üçün layihələri genişləndirəcəyik" Sakit Rzayev

Naxçıvan Futbol Federasiyasının sədr-müavini Sakit Rzayev jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Hər keçirilən tədbir, festival təcrübə deməkdi. Bizim də bu işləri gördükcə təcrübəmiz artacaq. Çatışmazlıqları aradan qaldıracağıq. Bu, ilk deyil, bundan sonrakı dönəmlərdə də sizi Naxçıvanda görməyə şad olarıq.

- “Araz Naxçıvan” əvvəlcədən hazırlaşırdı I Diviziona? Naxçıvan Azərbaycan futbol arenasına necə hazırlaşır?

- Yanvarda yenidən “Araz Naxçıvan” və federasiyanın struktur dəyişikliyindən sonra layihə hazırlandı. Biz tək “Araz Naxçıvan” komandasının inkişafı yox, klub olaraq inkişaf etmək istədik. Uşaq futbol akademiyasının açılması, yeni formalar, regionlarda klubun filiallarının açılmasına da çalışırıq. Qarşıdakı 10 ildə inkişaf etmək, hədəflərə doğru irəliləmək istəyirik. Peşəkar klub səviyyəsinə çatmaq üçün addımlar atırıq. Hədəfimiz klubu Premyer Liqaya çıxarmaqdı. AFFA və PFL rəhbərliyi ilə görüşdükdən sonra qərar verildi ki, bir  il I Divizionda oynayaq. Premyer Liqada şərtlər başqadı. Düşündük ki, bir il az deyil və qısa müddətə ən azından məşq meydançaları düzəldə bilərik, aşağı yaş qruplarından ibarət komandalar formalaşdırarıq. Danışıqlardan sonra qərar verdik ki, I Divizionda oynayaq. Müraciətlərimiz odlu, qəbul etdilər. “Araz Naxçıvan”ın 55 iliyinə gəldikdə, festivalı uşaq futboluna həsr etmişik. Bütün işlərimiz uşaq futbolunun inkişafına yönələcək. Hər kəs “Araz Naxçıvan” üçün stimul, motivasiya olacaq. Şəhərdə hər yer ağ-qırmızıya boyanıb. Həyəcan bir aydır ki, davam edir. İnanırıq ki, bundan sonra da futbolda kütləvilik olacaq. “Araz Naxçıvan”ı yaxşı yerə gətirmək üçün layihələri genişləndirəcəyik.

- Uzunoba təlim-məşq bazası haqda nə deyəcəksiz?

- 17 oyun qaydası var, onlardan biri də meydança amilidi. Bizə meydançalar lazımdı. Bir il əvvəl hazırladıq bu layihəni. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada boş ərazilər çoxdu. Gələcək üçün oralar düzəldilir, daha böyük meydançaların tikilməsi üçün addımlar atılacaq. Baza 1 ildir ki, açılıb. Sadəcə uşaqlar üçün təlim-bazası kimi nəzərdə tutulub. 14 yaşa qədər olan uşaqların məşq etməsini nəzərə alırıq. Çimərlik futbolunun da inkişafı üçün layihələr var. Orada yenidənqurma olacaq. Federasiyanın görəcəyi işlərdən biri də futzal növü ilə bağlıdı. 24 komandanın iştirakı ilə çempionat keçirmişik. Pandemiyaya görə yarımçıq qaldı. Bundan sonra keçirəcəyik.

- “Araz Naxçıvan”a maliyyə yardımı olacaq?

- Güclü maliyyə dəstəyi lazımdı. Eyni zamanda dəstəyin davamlılığı. “Araz Naxçıvan”ın idarə heyətində 4 iş adamı var. Naxçıvanda günü-gündən iqtisadi inkişaf davam edir. Bunun da nəticəsidir ki, Naxçıvan futbolu bir yerlərə gəlməlidi. Biz maliyyə dayanıqlığını hiss edirik. 10 illik plan, proqram az deyil. Günün tələblərinə uyğun olaraq, biz ildən-ilə yüksəlmək istəyirik. Birinci divizon üçün maliyyə dayanıqlığılı bəllidi. Premyer Liqada oynasaq, maliyyə dayanıqlılığı var. Tələblər artdıqca, mütləq ki, maliyyə də artmalıdı.

- Daxili liqalarda oyunlar davam edəcək?

- Bəli, çempionatlarımız davam edəcək. 7 rayonumuz var və hər bir rayona bir iş adamı sponsorluq edəcək. Həvəskar komandalardı. Həmin sponsorlar komandalara şərait yaradıblar. Biz federasiya olaraq AFFA-ya müraciət edirik. Onlar da köməyini əsirgəməyəcək. İlk mərhələ olaraq həmin komandalara sponsor verildi. Heç bir zaman olmamışdı, region komandaları hamısı Ədliyyə nazirliyindən keçəcək və rəsmi komanda kimi iştirak edəcək. Buna qədər 8 komandamız var idi. Digər rayonlarda stadionların tikilməsi də nəzərdə tutulub. Bu il Naxçıvanda 4 stadiondan istifadə etdik. Bəzi rayonlarımızda stadionlarda paltardəyişmə otağında şərait qane etmədiyinə görə, Uzunobada oyunlar keçirdik, Şərur Olimpiya Kompleksində, "Araz Naxçıvan"ın stadionunda da oyunlar oldu. Həm də Ordubadda stadion tikildi, orada da oyunlar oldu.

- Təhsil nazirliyi ilə əməkdaşlığınız olacaq? Xarici klublarla əməkdaşlıq edəcəksiz?

- Üç ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəbdi. Naxçıvanda futbolun inkişafı ilə bağlı inkişaf prosesi imzalanacaq. Layihə Naxçıvanda da tətbiq olunacaq. AFFA-nın D kateqoriyalı kursları var ki, buradakı məktəblərdə məşqçilər üçün keçiriləcək. Biri artıq keçirildi. Keçən il C kateqoriyalı kurslar oldu. Artıq 14 məşqçimiz C kateqoriyası aldı. Gənclər İdman Nazirliyi, Təhsil Nazirliyi ilə işlər paralel aparılmalıdı. Digər nazirliklərlə iş aparmaq məcburiyyətindəyik. Hər bir nazirlikdə bir əməkdaş Naxçıvan Futbol Federasiyasının üzvlüyünə qəbul edilib. Yaxın günlərdə AFFA Naxçıvan Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi arasında memorandum imzalanacaq. Xarici klublarla əməkdaşlığa gəldikdə, ABŞ-dan geyim şirkətilə müqavilə imzalayacağıq. Həmin müqavilədən sonra 100-dən çox klublarla avtomatik əməkdaşlıq etmiş olacağıq. Uşaq komandalarının bura gəlməsi planlaşdırılır, məşqçilərimizin o klublara göndərilməsi prosesi baş verə bilər. Həmin şirkət “Araz Naxçıvan” üçün geyim dəstləri göndərib. Qısa zamanda onlarla görüşəcəyik, ya biz gedəcəyik, ya onlar gələcək.

- Həm federasiyada, həm də klubda çalışırsınız. Bu da qaydalara ziddi. Seçim qarşısında qalsanız, hansı seçimi edəcəksiz?

- Təbii ki, qaydalara ziddi. Müzakirələrimiz olub. “Araz Naxçıvan” üçün yeni prezidentin seçilməsi gözlənilir. Mənim isə federasiyada, ya klubda davam etdirməyimə gəlincə, nə məsləhət olsa, görərik. Əsas odur Naxçıvan futbolu qazansın. Bu da Azərbaycan futboluna öz töhvəsini verəcək. Hər bir bölgəmizdə futbolumuzun inkişafı Azərbaycan futbolunun inkişafına gətirib çıxaracaq. 

- Adil Şükürovun Naxçıvana gələcəyi barədə nə deyə bilrəsiz?

- Adil Şükürovun gəlişi barədə rəsmi olaraq açıqlama verə bilmirik. Onunla bir neçə görüş keçirmişik. Uşaq futbol akademiyalarının olmamasından danışırıq. Hər kəs futbol təhsili, futbol məktəbi, akademiyası deyir, amma bu akademiya necə olmalıdı? Bununla bağlı heç bir layihə, proyekt ortaya qoyulmayıb. Avropa təcrübəsindən yararlanırıq, amma hansı təcrübəsindən? Biz də bu akademiyanı uzunmüddətli etmək üçün, uzun müzakirələr aparmalıyıq. Sürətli düşünmək üçün, artıq futbolçunun beyninə girərək bunu inkişaf etdirən adamlar da var.

- 2014-cü ildə “Araz Naxçıvan” futboldan çəkildi. 7 il ərzində Azərbaycan futbolunda nə dəyişdi ki, klub yenidən Azərbaycan futbol ailəsinə qayıtmağa qərar verdi?

- Naxçıvanda inkişaf baxımından çox şey dəyişib. Hər şeyin vaxtı var. Vaxt 2022-ci ilə təsadüf etdi. Futbolçu saxlamaq böyük maliyyə tələb edir. Onun maaşı digər insanlardan qat-qat çoxdursa, həmin bölgədə etirazlar olur. 44 günlük vətən müharibəsindən sonra ümidlərimiz daha da artdı. Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycan futbolu ilə qaynaşmasına gətirib çıxaracaq. Biz Premyer Liqada oynasaq, 8 yaş qrupumuz da Azərbaycan futboluna daxil olacaq. Biri var hava yolu ilə gedək, biri də var, yaxın zonalarla gedək oynayaq.

- AFFA 20 gün ərzində iki fərqli qərar verdi. Öncə sizi sevindirdi, daha sonra Region Liqasında texniki məğlubiyyət verildi. Sizcə, ədalətli qərar verilmişdi?

- Region Liqasına hazırlaşanda baş məşqçinin istəkləri nəzərə alınmışdı. Naxçıvanda güclü komandaların sayı o qədər çox deyil. Futbolçunun da zəif oyunlarda inkişafını görə bilmərik. Ona görə də baş məşqçinin istəklərinə görə iki aylıq proqram təşkil edildi. Orada Ərzurum toplanışı var idi, Bakıya da bir neçə gün əvvəl gəldik. Həmin qərardan sonra klub rəhbəri Vüqar Abbasov otelə gedərək futbolçuları ətrafına yığıb dedi ki, “siz meydançada oynadınız, qalibsiniz, amma bu oyunları yoldaşlıq görüşü kimi qəbul edin, bizə gələcəyin komandasını qurmaq lazımdı”. Əgər biz bu gün peşəkar addımlar atırıqsa, gələcək üçün proqramlarımız varsa, həvəskar liqada qalmağın heç bir adı yox idi. AFFA-nın bu qərarı? Ədalətlidi, ya ədalətsiz, müzakirə etməyəcəm. 10 futbolçunu qeydiyyat şöbəsinə vermişdik, 5 futbolçu qəbul olundu. Ona lisenziya verilmişdi, biz də onu oynatmışıq. “Xan Lənkəran” başqa futbolçu haqda etiraz etmişdi. Onlar Elməddin Məmmədovla bağlı etirazını bildirmişdi. Şamaxıya gedəndə yolda bizə dedilər ki, qapıçı oynaya bilər. İkinci qapıçımızı oynatdıq. Gələcəkdə bəlkə ikinci komandamız da oldu. Məsələn, "Şərur" ola bilər. “Araz Naxçıvan”ın heyətinin onsuz da 50-60 faizini Şərur futbol məktəbinin yetirmələri təmsil edir. Orada stadionların sayı çoxdu, futbol daha çox oynanılır. 

- 10 illik planınız var dediniz. Ondan sonra əsas istəyiniz nə olacaq?

- 2030-cu il üçün komandanın hədəfi avrokuboklar üçün oynamaq olacaq. Təməllər də indi atılır. Rəhbərimiz Vüqar Abbasov deyir ki, bir şeyi göstərməyə çalışmayın, işləyin özü görünəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right